q
  • Bakı 12° C

    5.42 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

İranda internet açılmayacaq?

DÜNYA

17 Aprel 2026 | 13:49

İranda internet açılmayacaq?

"Hazırkı dövrdə qlobal şəbəkəyə çıxışın yenidən təmin edilməsi dövlətin maraqlarına cavab vermir".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Iran International" nəşri iranlı deputat Fəzlullah Rəncbərin sözlərinə istinadən məlumat yayıb. Bununla yanaşı, o, hökuməti sahibkarların və sadə vətəndaşların məruz qaldığı maddi itkiləri qarşılamağa çağırıb.

Qanunverici orqanın sosial komitəsinin təmsilçisi Fəzlullah Rəncbərin sözlərinə görə, vətəndaşlara ödəniləcək təzminatlar Hörmüz boğazından əldə olunan gəlirlər, dondurulmuş maliyyə vəsaitlərinin sərbəst buraxılması və ticari əlaqələrin genişləndirilməsi hesabına formalaşdırılmalıdır.

"Mövcud vəziyyətdə internet şəbəkəsinin bərpa olunması ölkəmizin mənafelərinə ziddir", - deyə o qeyd edib və əlavə edib ki, indiki mərhələdə internetə girişin yenidən açılmasını dəstəkləmir.


SON XƏBƏRLƏR