• Bakı 19° C

    6.53 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib - FOTOLAR

MƏDƏNİYYƏT

17 Aprel 2026 | 15:35

Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib - FOTOLAR

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda vətəndaş qəbulu keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən təşkil olunan görüşlərdə sakinlərin müraciətləri dinlənilir, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülür. 

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu aprelin 17-də Ağdam şəhərində keçirilib.

Ötən il istifadəyə verilmiş Ağdam Muğam Mərkəzində təşkil olunan qəbulda Ağdam, Füzuli və Xocavənd rayonlarından vətəndaşlar iştirak ediblər. Sakinlər məşğulluq, mədəniyyət sahəsi ilə bağlı təşəbbüs və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar. 

Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyib, qeyd olunan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq addımlar atılacağını bildirib.

Nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.


Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib - FOTOLARAdil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib - FOTOLARAdil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib - FOTOLARAdil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib - FOTOLARAdil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib - FOTOLARAdil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib - FOTOLARAdil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026