q
  • Bakı 12° C

    5.42 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Japarov Masadıkovu qəbul etdi

DÜNYA

17 Aprel 2026 | 15:23

Japarov Masadıkovu qəbul etdi

Qırğızıstan Prezidenti Sadır Japarov KTMT baş katibi Talatbek Masadıkovu qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı tərəflər kollektiv təhlükəsizliyin gücləndirilməsi, ekstremizm və terrorizm də daxil olmaqla yeni təhdidlərə qarşı mübarizə və üzv ölkələrin birgə fəaliyyətlərinin effektivliyinin artırılması məsələlərini müzakirə ediblər.

Sadır Japarov Qırğızıstan nümayəndəsinin KTMT-nin baş katibi vəzifəsinə təyin olunmasının əlamətdar hadisə olduğunu qeyd edərək, Talatbek Masadıkova təşkilatın nüfuzunun gücləndirilməsi işində uğurlar arzulayıb.

Görüşün yekununda həmsöhbətlər KTMT-nin regional təhlükəsizlik və sabitlikdə rolunu rolunu gücləndirmək niyyətlərini təsdiqləyiblər.


SON XƏBƏRLƏR