q
  • Bakı 12° C

    5.42 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Miopiya nə üçün yaranır? 

CƏMİYYƏT

17 Aprel 2026 | 17:15

Miopiya nə üçün yaranır? 

Son dövrlər göz xəstəliklərinin sayında artım qeydə alınır. Bu xəstəliklərdən ən çox yayılanı isə miopiyadır.

Bakıvaxtı.az "Tera"ya istinadən xəbər verir ki, miopiya yaxından görmə problemi olaraq tanınan və uzaq obyektləri bulanıq görməyə səbəb olan göz xəstəliyidir.

Bu xəstəlik göz bəbəyinin normaldan uzun olması və ya buynuz qişasının həddindən artıq əyilməsi nəticəsində işığın retinaya düzgün fokuslanmaması nəticəsində yaranır. 

Miopiya adətən genetik səbəblərdən yarana bilər. Lakin ətraf mühit faktorları da miopiyanın artmasına təsir edə bilir. Miopiyanın meydana gəlməsinin digər səbəbləri həddindən artıq çox oxumaq, yaxın məsafədən işləmək, ətraf mühitin şəraitidir. Uşaqlarda 6 - 13 yaş aralarında əmələ gələn  miopiya bədənin böyüməsindən asılı olaraq arta bilər ki, bu da normal vəziyyət kimi qiymələndirilir.

Miopiya görmələrinə görə yüngül, orta və yüksək kimi sıralanır. Belə ki, 0.25 ilə 3 sıra aralığındakı nəzarətu işıq miopiya, 3 və 6 aralığındakı nəzarəti orta miopiya,
6 və yuxarı görmə qabiliyyətinə malikdir.

Miopiya geniş yayılmış bir problem olsa da, düzgün diaqnoz və müalicə ilə idarə oluna bilər. Müalicə üsullarından biri gözdaxili linza implantasiyasıdır. Gözdaxili linza gözün daxilinə yerləşdirilən xüsusi bir linzadır və bu linza işığın retinaya düzgün düşməsini təmin edərək görmə problemini aradan qaldırır. Həmçinin miopiya əməliyyatı miopiyanın müalicəsində effektiv üsullardan biridir. Bu əməliyyatlar lazer texnologiyası ilə həyata keçirilir və gözün buynuz qişasının formasını dəyişdirərək işığın retinaya düzgün düşməsini təmin edir. Lazer əməliyyatları minimal invazivdir və adətən tez sağalma dövrü ilə müşayiət olunur. 

Bundan başqa, ən çox yayılan müalicə seçimlərindən biri də eynəkdən istifadə olunmasıdır.

Gülşən Şərif


SON XƏBƏRLƏR