q
  • Bakı 12° C

    5.42 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

“Dövlət içində dövlət”: Hizbullah faktoru regionu necə dəyişir?

SİYASƏT

17 Aprel 2026 | 17:15

“Dövlət içində dövlət”: Hizbullah faktoru regionu necə dəyişir?

Livanın cənubunda vəziyyət getdikcə daha gərgin xarakter alır və atəşkəs tez-tez pozulur. Hizbullah ilə İsrail arasında qarşılıqlı hücumların intensivliyi artmaqdadır.

Bu şəraitdə mövcud güc balansını qorumaq mümkündürmü, yoxsa region genişmiqyaslı hərbi eskalasiyaya doğru gedir?

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Livanda ümumilikdə Hizbullah və İsrail arasındakı münasibətlərin düzəlməsi ehtimalı çox zəifdir:

"Çünki bu mübarizənin böyük bir tarixi var və təxminən 40 ildən artıqdır davam edir. Doğrudur, əvvəllər Hizbullah müxtəlif adlar altında fəaliyyət göstərib, lakin ümumi şəkildə Livan müqavimətini təşkilatlandıran əsas qurum məhz Hizbullahdır".

Zeynal Əmrəliyev: Atəşkəslər yalnız müvəqqəti xarakter daşıyacaq

Politoloqun sözlərinə görə, bu təşkilat İsrail üçün ciddi problemlər yaradır, xüsusilə də İranın dəstəyi və proksi gücü olduqdan sonra. Xüsusilə Həsən Nəsrullahın dövründə Hizbullah daha da fəallaşaraq bölgədə əsas güclərdən birinə çevrilmişdi. Bu baxımdan Hizbullah Livan daxilində “dövlət içində dövlət” kimi qiymətləndirilir:

"İsrail, Hizbullah və Livan hökuməti arasında sülh sazişinin imzalanması üçün müəyyən təşəbbüslər də olub. Vaxtilə mərhum Rafiq Həriri bu istiqamətdə addımlar atmışdı, lakin o, sui-qəsd nəticəsində öldürüldü. Ondan sonra hakimiyyətə gələn oğlu Səid Həriri də oxşar təşəbbüslər göstərməyə çalışdı, lakin o da sonradan hakimiyyətdən uzaqlaşdırıldı".

Müsahibimiz qeyd edir ki, bütün bu hadisələr Hizbullah və İsrail arasındakı münasibətlərin normallaşmasının nə qədər çətin olduğunu göstərir. Bu səbəbdən onların arasında yaxın perspektivdə hər hansı razılaşmanın imzalanacağı inandırıcı görünmür. Ehtimal etmək olar ki, tərəflər arasındakı toqquşmalar davam edəcək və atəşkəslər yalnız müvəqqəti xarakter daşıyacaq.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR