q
  • Bakı 12° C

    5.42 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Kətan toxumu necə istifadə olunmalıdır? - VACİB QAYDALAR

CƏMİYYƏT

17 Aprel 2026 | 14:43

Kətan toxumu necə istifadə olunmalıdır? - VACİB QAYDALAR

Sağlam qidalanmada tez-tez adı çəkilən kətan toxumu yüksək qida dəyəri ilə seçilsə də, onun istifadəsi müəyyən qaydalara əməl olunmadan riskli ola bilər.

Bakıvaxtı.az-ın məlumatına görə, mütəxəssislərin fikrincə, kətan toxumu omeqa-3 yağ turşuları, lif və antioksidantlarla zəngindir. Bu xüsusiyyətləri sayəsində ürək-damar sisteminin qorunmasına kömək edir, xolesterin səviyyəsinin azalmasına dəstək verir və həzm prosesini yaxşılaşdırır. Eyni zamanda, bağırsaq fəaliyyətini tənzimlədiyi üçün qəbizlik probleminin aradan qaldırılmasında da istifadə olunur.

Bununla yanaşı, kətan toxumunun necə istifadə edilməsi də mühüm əhəmiyyət daşıyır. Mütəxəssislər bildirir ki, toxumun bütöv halda deyil, üyüdülmüş formada qəbul edilməsi daha faydalıdır. Çünki bütöv toxum orqanizmdə tam həzm olunmaya bilər. Onu qatıq, sıyıq və ya salatlara əlavə etmək tövsiyə olunur.

Gündəlik qəbul miqdarı da nəzarətdə saxlanmalıdır. Adətən 1-2 xörək qaşığı kətan toxumu kifayət hesab olunur. Həddindən artıq istifadə isə əks təsir yarada bilər.

Eyni zamanda bəzi hallarda ehtiyatlı olmaq lazımdır. Kətan toxumu yüksək lif tərkibinə görə həddindən artıq qəbul edildikdə qarın köpü, ishal və ya həzm narahatlıqlarına səbəb ola bilər. Hamilə qadınlar, hormonal problemləri olan şəxslər və müəyyən dərmanlar qəbul edən insanlar istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidir.

Mütəxəssislər vurğulayır ki, hər nə qədər faydalı olsa da, kətan toxumunun düzgün və ölçülü istifadəsi əsas şərtdir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR