q
  • Bakı 12° C

    5.42 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

"Anadolu Ankası – 2026" beynəlxalq təlimi uğurla başa çatdı - FOTO - VİDEO

CƏMİYYƏT

17 Aprel 2026 | 16:39

Anadolu Ankası – 2026 beynəlxalq təlimi uğurla başa çatdı - FOTO - VİDEO

Türkiyənin Konya şəhərində keçirilən "Anadolu Ankası – 2026" ("Anatolian Phoenix – 2026") beynəlxalq axtarış-xilasetmə təlimi uğurla başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bildirilib ki, bağlanış mərasimində çıxış edən təlim rəhbərləri icra olunmuş fəaliyyətlərin nəticələri və ümumi təhlili barədə iştirakçılara ətraflı məlumat veriblər.

Tədbir zamanı təlimin gedişatını əks etdirən statistik göstəricilər təqdim olunub, həmçinin beynəlxalq axtarış-xilasetmə təliminə həsr edilmiş qısa videoçarx nümayiş etdirilib.

Tədbirin sonunda iştirakçı heyətlər arasında qarşılıqlı hədiyyələr təqdim olunub.


SON XƏBƏRLƏR