Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
Bakıvaxtı.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan son olimpiya çempionu finalda ev sahibi Laşa Şavdatuaşviliyə uduzub.
Bununla da o, karyerasında ikinci dəfə qitə birinciliyinin gümüş medalına sahib çıxıb. Millinin lideri həmçinin 4 qat Avropa çempionudur.
H.Heydərov daha əvvəl 1/16 finalda Konstantinos Tsaparas (Yunanıstan), 1/8 finalda Dardan Çenan (Kosovo), 1/4 finalda Dayyan Boulemtafes (Fransa), yarımfinalda isə Bilal Çiloğlunu (Türkiyə) məğlub etmişdi.
Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan 7 cüdoçumuzdan ikisi - Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.
Avropa çempionatı aprelin 19-da başa çatacaq.
***
13:52
Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında finala yüksəlib.
Bakıvaxtı.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan son olimpiya çempionu yarımfinalda türkiyəli Bilal Çiloğluna qalib gəlib.
O, daha əvvəl 1/16 finalda Konstantinos Tsaparas (Yunanıstan), 1/8 finalda Dardan Çenan (Kosovo), 1/4 finalda isə Dayyan Boulemtafesi (Fransa) məğlub etmişdi.
Bununla da Hidayət Heydərov ən azı gümüş medalı özü üçün təmin edib.
Onun həlledici raunddakı rəqibi gürcüstanlı Laşa Şavdatuaşvili olacaq.
Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan 7 cüdoçumuzdan ikisi - Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.
Avropa çempionatı aprelin 19-da başa çatacaq.
***
13:31
Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatının yarımfinalına yüksəlib.
Bakıvaxtı.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan son olimpiya çempionu 1/4 finalda Fransanı təmsil edən Dayyan Boulemtafesə qalib gəlib.
Millinin lideri yarımfinalda Bilal Çiloğlu (Türkiyə) ilə qarşılaşacaq.
H.Heydərov daha əvvəl 1/16 finalda Konstantinos Tsaparası (Yunanıstan), 1/8 finalda isə Dardan Çenanı (Kosovo) məğlub etmişdi.
Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan 7 cüdoçumuzdan ikisi - Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.
Avropa çempionatı aprelin 19-da başa çatacaq.
***
12:23
Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında növbəti qələbəsini qazanıb.
Bakıvaxtı.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan son olimpiya çempionu 1/8 finalda Dardan Çenaya (Kosovo) qalib gəlib.
O, daha əvvəl 1/16 finalda Konstantinos Tsaparası (Yunanıstan) məğlub etmişdi.
Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan 7 cüdoçumuzdan ikisi - Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.
Avropa çempionatı aprelin 19-da başa çatacaq.
***
10:55
Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb
Bakıvaxtı.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan son olimpiya çempionu 1/16 finalda Konstantinos Tsaparasa (Yunanıstan) ipponla qalib gəlib.
Təmsilçimiz 1/8 finalda Dardan Çena (Kosovo) ilə qarşılaşacaq.
Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan 7 cüdoçumuzdan ikisi - Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.
Avropa çempionatı aprelin 19-da başa çatacaq.
Bakı 




