q
  • Bakı 16° C

    6.09 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

Qvardiola Ferqyusonun rekordunu təkrarladı

İDMAN

17 May 2026 | 13:54

Qvardiola Ferqyusonun rekordunu təkrarladı

“Mançester Siti” İngiltərə kubokunun 2025/2026 mövsümünün qalibi olub. Xosep Qvardiolanın komandası finalda “Çelsi”yə 1:0 hesabı ilə qalib gəlib.

Bakıvaxtı.az "Squawka"ya istinadən xəbər verir ki, bununla da ispaniyalı mütəxəssis karyerasında üçüncü dəfə İngiltərə kubokunu qazanıb. Qvardiola bu göstəricidə “Mançester Yunayted”in əfsanəvi baş məşqçisi Aleks Ferqyusonun rekorduna şərik olub.

Yalnız Qvardiola və Ferqyuson həm İngiltərə kubokunu, həm də İngiltərə Liqa kubokunu üç dəfədən çox qazanmağı bacarıb.

Qvardiola İngiltərə Liqa kubokunu 5 dəfə qazanıb. Ferqyuson isə İngiltərə kubokunda 5, Liqa kubokunda isə 4 çempionluq yaşayıb.


SON XƏBƏRLƏR

16 May 2026