• Bakı 20° C

    1.96 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Dəmir yolu stansiyasında silahlı şəxs tutuldu

HADİSƏ

22 Fevral 2023 | 11:03

Dəmir yolu stansiyasında silahlı şəxs tutuldu

Hövsan stansiyasında silahlı şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının əldə olunan məlumat əsasında Hövsan dəmir yolu stansiyası ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb. Əməliyyat zamanı tutulan Rövşən Cabbarlıdan “FEG 37M” markalı tapança aşkar olunaraq götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026