• Bakı 25° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə

CƏMİYYƏT

09 Sentyabr 2026 | 07:33 | Müəllif: Subhan Mahmudov

Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə

Evdə hazırlanan mürəbbədə şəkərin miqdarını azaltmaq istəyənlər üçün meyvə seçimi əsas amillərdən biri hesab olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Marmiton kulinariya portalı məlumat yayıb.

Bildirilib ki, çiyələk, moruq, göyəm, şaftalı və ərik daha az şəkərlə də dadlı mürəbbə hazırlamağa imkan verir. Mürəbbənin qatı olması üçün isə pektinlə zəngin alma, heyva, qırmızı və qara qarağat kimi meyvələrdən istifadə tövsiyə edilir.

Mütəxəssislərin sözlərinə görə, 1 kiloqram meyvəyə təxminən 150 qram şəkər əlavə etmək kifayət edə bilər. Pektin az olduqda isə mürəbbənin konsistensiyasını qorumaq üçün aqar-aqar və ya çia toxumundan istifadə etmək mümkündür. (Medicina.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026