q
  • Bakı 13° C

    6.66 m/s

  • USD - 1.7

    EUR - 1.9957

    RUB - 2.2716

Azərbaycan XİN Banqkokda yüksəksəviyyəli tədbir təşkil etdi

SİYASƏT

22 Aprel 2026 | 15:45

Azərbaycan XİN Banqkokda yüksəksəviyyəli tədbir təşkil etdi

Banqkok şəhərində BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə sülh və iqlim dayanıqlılığı mövzusunda yüksək səviyyəli tədbir keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan XİN-dən məlumat verilib.

Qeyd olunub ki, "Heç kəsi arxada qoymamaq" şüarı ilə Beynəlxalq Miqrasiya Təşkilatı (BMT) və UNESCAP Katibliyinin dəstəyi ilə keçirilən tədbirdə inkişaf etməkdə olan kiçik ada dövlətlərinin nazirləri, yüksək səviyyəli dövlət nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri çıxış ediblər.

Tədbirdə əsas məruzəçi qismində çıxış edən XİN-in Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə ölkəmiz tərəfindən kiçik ada dövlətlərinə xüsusi diqqət və qayğının göstərildiyini vurğulayıb.

Səfir Azərbaycanın liderliyi ilə COP29-da iqlim maliyyəsi sahəsində qəbul edilmiş tarixi qərarların ilk növbədə məhz iqlim dəyişmələrinə həssas olan bu ölkələr üçün xüsusi əhəmiyyətini qeyd edib.

Ölkəmizin kiçid ada dövlətlərinə beynəlxalq texniki yardım, iqlim dayanıqlılığı və bacarıqların artırılması sahələrində dəstək göstərdiyini bildirən natiq, bu səpkidə COP29 Azərbaycan sədrliyinin uğurlu təşəbbüslərindən biri olan Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin (Bakı Mərkəzi) cari ildə kiçik ada ölkələri ilə əməkdaşlıq planlarından danışıb.

Tədbirdə çıxış edən Tonqanın daxili işlər naziri, həmçinin Maldiv, Tuvalu, Marşal Adaları, Fici, Mikroneziya və Samoanın hökumət nümayəndələri ölkəmizin qlobal çağırışların həlli sahəsindəki liderliyini yüksək qiymətləndirib, eyni zamanda ölkələrinə göstərilən dəstək və diqqətə görə Azərbaycan rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.

Eyni zamanda qeyd edilib ki, COP29-un vacib təşəbbüslərindən olan Bakı Mərkəzi platforması çərçivəsində irəli sürülən və sülhə töhfə verən uğurlu iqlim təşəbbüsləri iqlim risklərinə həssas ölkələr üçün beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi və dayanıqlı maliyyələşmə mexanizmlərinin səfərbər olunması baxımından əhəmiyyətli imkanlar yaradır. Bu çərçivədə Mikroneziya və Marşal Adalarının nümayəndələri Bakı Mərkəzi ilə əməkdaşlıq etmək məqsədilə müraciət ünvanlayıblar.

UNESCAP-ın 82-ci sessiyası çərçivəsində Azərbaycan sədrliyinin ilk yüksək səviyyəli dialoqu olan bu tədbirin əhəmiyyətini vurğulayan UNESCAP-in icraçı katibinin müavini Li Yanq və BMqT-nin nümayəndəsi çıxışlarında təmsil etdikləri təşkilatların Azərbaycanın liderliyi ilə kiçik ada dövlətlərinə iqlim dayanıqlılığı və davamlı inkişaf sahələrində həyata keçirilən konkret təşəbbüslərə dəstək ifadə ediblər.


SON XƏBƏRLƏR