Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova vəzifəsindən azad edilib.
Bakıvaxtı.az-ın APA-ya istinadən məlumatına görə, onun yerinə müavini Kamil Hacıyev təyin olunub.
Qeyd edək ki, son günlər bir neçə xəstəxananın baş həkimlərinin dəyişməsi barədə məlumat yayılıb.
"Yeni Klinika"nın baş direktoru Barat Yusifov və Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov vəzifələrindən azad edilmələri barədə xəbəri oxu.az və bakupost.az saytlarına təsdiqləyiblər.
Respublika Uroloji Mərkəzin direktoru Pərviz Hacıyev və Abşeron Mərkəzi rayon Xəstəxanasının direktoru Səkinə Sadıxovanın da vəzifələrindən azad edilməsi barədə məlumatlar yayılıb.
Məsələ ilə bağlı TƏBİB-ə yönləndirilən çoxsaylı sorğular isə cavabsız qalıb.
Bakı 




