Bakı şəhərində yerləşən 275 nömrəli tam orta məktəbdə təhsil alan şagirdlərin bir hissəsinin artıq bir neçə gündür dərslərə qatılmadığı iddia olunur.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, buna səbəb 5 D sinfində oxuyan şagirdin sinif yoldaşlarını ölümlə hədələməsi olub. Bununla bağlı saytımıza şikayət edən valideynlərdən bidi bildirib ki, haqqında danışılan şagir hətta “öldürmək istədiyi” şagirdlərin adlarını qeyd etdiyi siyahı da hazırlayıb.
Hadisə valideynlər arasında ciddi təşvişə səbəb olub. Uşaqlarının təhlükəsizliyindən narahat olan valideynlər onları məktəbə göndərməkdən imtina edirlər.
275 nömrəli tam orta ümumtəhsil məktəbindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2022-ci ilin 16 noyabr tarixində 275 nömrəli tam orta ümumtəhsil məktəbinə yerdəyişmə ilə gələn 5 d sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) valideyni tərəfindən əvvəlki məktəbinə geri qaytarılıb:
"Qeyd edək ki, məktəb psixoloqlarının şagirdlə apardığı işin nəticəsi olaraq müəyyən davranış tənzimləməsi ilə bağlı fərdi mütəxəssis dəstəyi alması haqqında valideynə məlumat verilmişdir. Bununla yanaşı şagird davranış qaydaları ilə əlaqədar məktəb psixoloqu tərəfindən zəruri dəstəkləyici tədbirlər həyata keçirilmişdir".
Məlumata görə, həmçinin Suraxanı rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla bağlı profilaktik işin təşkili bölmə rəisi valideyn və şagirdlərlə profilaktik söhbət aparmışdır.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, hadisə polis tərəfindən araşdırılır.
Şagirdin yazdığı siyahını təqdim edirik:

Zeynəb Rzayeva
Bakı 


jpg-1776865087.jpg)

