q
  • Bakı 13° C

    6.66 m/s

  • USD - 1.7

    EUR - 1.9957

    RUB - 2.2716

Qazaxıstan Almaniyaya 3 milyon ton neft göndərəcək

İQTİSADİYYAT

22 Aprel 2026 | 15:50

Qazaxıstan Almaniyaya 3 milyon ton neft göndərəcək

Qazaxıstan 2026-cı ilin sonuna qədər Drujba boru kəməri ilə Almaniyaya təxminən 3 milyon ton neft göndərməyi planlaşdırır.

Bakıvaxtı.az "Vasistdas.de"yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov məlumat verib.

O, jurnalistlərə açıqlamasında bildirib ki, Qazaxıstan 2026-cı ilin birinci rübündə Almaniyaya neft tədarükünü ikiqat artıraraq 730 min tona çatdırıb.

"Əvvəlki plan bu marşrutla 2,5 milyon ton neft ixrac etmək idi. Hazırda Qazaxıstan bu həcmi digər ixrac marşrutlarına yenidən bölüşdürmək imkanına malikdir", - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Qazaxıstan 2023-cü ildən bəri "Transneft" PJSC magistral neft kəməri sistemi vasitəsilə Adamova Zastava neft çatdırılma məntəqəsi istiqamətində Almaniyaya neft tədarük edir.

Gülşən Şərif


SON XƏBƏRLƏR