"Kameralar kinostuduyanın, kinomuzun bugünkü halını göstərməsə yaxşıdır".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülzar Qurbanova sosial şəbəkədə yazıb.
Aktrisa mərhum Xalq artisti Rasim Balayevlə vida mərasiminin Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında keçirilməsi ilə bağlı şərhlərə münasibət bildirərkən bunları əlavə edib:
"Əslində biz sənətkarları yox, əvvəlcə onların evini, kinostudiyanı itirdik. İndi isə onu yenidən ayağa qaldıracaq, dirçəldəcək birinə ehtiyac var. Ümid edək ki, bir gün kinostudiya təmir olunacaq, kinolar çəkiləcək, o pavilyonlarda yenə işıqlar yanacaq, kameralar qurulacaq və Azərbaycan kinosu öz evinə qayıdacaq".
Bakı 




