q
  • Bakı 13° C

    6.66 m/s

  • USD - 1.7

    EUR - 1.9957

    RUB - 2.2716

Gürcüstan ATƏT-ə sədr olmaq istəyir

DÜNYA

22 Aprel 2026 | 16:01

Gürcüstan ATƏT-ə sədr olmaq istəyir

Gürcüstan 2027-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrliyə namizədliyini təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib.

    Nazir Gürcüstanın artıq müvafiq müraciəti təqdim etdiyini vurğulayıb.

    "Biz ATƏT-ə Gürcüstanın gələn il üçün sədrliyini təklif etmişik. Əlbəttə ki, qərar iştirakçı ölkələr tərəfindən yekdilliklə qəbul edilməlidir. Namizədliyimizin nə qədər dəstəklənəcəyini söyləmək hələ tezdir", - Boçorişvili əlavə edib.

    Xatırladaq ki, ATƏT-ə sədrlik bir il müddətində quruma üzv olan dövlət tərəfindən həyata keçirilir. Bu il təşkilata sədrlik İsveçrəyə məxsusdur.


    SON XƏBƏRLƏR