q
  • Bakı 13° C

    6.66 m/s

  • USD - 1.7

    EUR - 1.9957

    RUB - 2.2716

Siyasi risklər və iqtisadi təsirlər: Enerji bazarında nələr baş verir?

İQTİSADİYYAT

22 Aprel 2026 | 17:07

Siyasi risklər və iqtisadi təsirlər: Enerji bazarında nələr baş verir?

Hazırda dünyada baş verən hərbi-siyasi gərginliklər fonunda beynəlxalq münasibətlər sistemi mürəkkəb və qeyri-müəyyən mərhələdən keçir. Xüsusilə Rusiya-Ukrayna müharibəsi və ABŞ-İsrail-İran gərginliyi kimi münaqişələr qlobal təhlükəsizlik mühitinə ciddi təsir edir.

Təbii ki, bu proseslər iqtisadi sahədə də özünü göstərməklə enerji bazarlarında qeyri-sabitliyə və qiymət dalğalanmalarına yol açır. Hazırda əsas diqqətin Hörmüz boğazının strateji-iqtisadi imkanlarına yönəldiyi müşahidə edilir. Bu, münaqişənin daha çox iqtisadi və maliyyə maraqları müstəvisində formalaşdığını göstərir. Hörmüz boğazı ətrafında baş verən hadisələr və müşahidə olunan proseslər neftin dünya bazarındakı qiymətinə təsir göstərir. Hazırda biz neft bazarında volatillik müşahidə edirik. Qiymətlərdə əksər hallarda artımlar qeydə alınır, bəzi hallarda isə azalmalarla özünü göstərir.

İqtisadçı Eldəniz Əmirov Bakıvaxtı.az-a deyib ki, münaqişə tərəflərinin hərbi və siyasi qərarları bilavasitə neftin qiymətlərinə təsir göstərir.

E.Əmirov bildirib ki, məhz bu faktora görə, dünyanın aparıcı maliyyə təsisatlarının, strateji araşdırmalarla məşğul olan və bütün dünyada qəbul edilmiş beyin mərkəzlərinin proqnozları tez-tez dəyişir:

“Səhər bir proqnoz verilir, günün sonunda tamamilə fərqli proqnozlar ortaya çıxır. Çünki bu qərarlar hansısa iqtisadi kontekstdə əsaslandırılmır. Qərarları əsaslandıran faktor birbaşa siyasi mövqelərdir”.

Eldəniz Əmirov: Münaqişə tərəflərinin hərbi və siyasi qərarları bilavasitə neftin qiymətlərinə təsir göstərir

Ekspert qeyd edib ki, istənilən zaman konfliktlərin başlanması, yaxud digər fazaya keçməsi qlobal bazarlarda yenidən kəskin qiymət artımlarına gətirib çıxaracaq”.

Müsahibimiz böyük ehtimalla enerji bazarında dalğalanmaların bir müddət davam edəcəyini bildirir. Dediyinə görə, bu da dalğalanmaların məntiqi nəticəsi olaraq təkcə qlobal neft bazarları deyil, neft və digər enerji məhsullarından xammal kimi istifadə edən sənaye, sənaye məhsulları, logistik xərclər, risklər, sığorta qiymətləri və başqa istiqamətlərdə böyük ölçüdə təsirlənmələr baş verəcək.

Aydın Baxış


SON XƏBƏRLƏR