Bu gün İran sularını pozaraq Hörmüz boğazından gizli şəkildə keçməyə cəhd edən iki gəmi İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) tərəfindən saxlanılıb və İran sularına geri qaytarılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) məlumat yayıb.
Məlumata görə, İsrailə məxsus “MSC-FRANCESCA” və “EPAMINODES” İran İslam İnqilabı Keşikçilər Korpusunun Dəniz Donanmasının dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq gizli şəkildə Hörmüz boğazından keçməyə cəhd edib. SEPAH-ın Hərbi Dəniz Donanması sözügedən gəmiləri ələ keçirib. Hazırda bu gəmilər sənədlərin araşdırılması məqsədilə İran sularına yönəldilib.
“Bir daha bildirilir ki, Hörmüz boğazından keçmək və bu strateji yoldan təhlükəsiz keçidə zidd hər hansı fəaliyyət üzrə İran qanunları SEPAH Hərbi Dəniz Donanması tərəfindən davamlı şəkildə tətbiq olunur və qanunları pozanlar haqda qanun çərçivəsində tədbir görüləcək”, - SEPAH bildirib.
Bakı 




