Çində 87 yaşlı qadın armud bağında itib və orada dörd gecə-beş gün yemək və su olmadan qalıb.
Bakıvaxtı.az xəbər verir ki, xilasedicilər 5 gün sonra onu tapa biliblər. Qadın yerli xəstəxananın təcili yardım şöbəsinə aparılıb və ertəsi gün adi palataya köçürülüb.
Həkimlər müayinələrin ciddi fəsadlar aşkar etmədiyini və vəziyyətinin sabit olduğunu bildiriblər.
Məlumata görə, təqaüdçü qadın 8 apreldə Pekin yaxınlığındakı Çanqou kəndindən çıxıb və Fanqşan rayonunda itkin düşüb. Ailəsi əvvəlcə onu təkbaşına axtarıb, sonra polisə müraciət edib.
Bakı 




