Ekvadorda həvəskar komandalar arasında keçirilən futbol oyunu faciə ilə nəticələnib. 48 yaşlı hakim Xavyer Orteqa matç zamanı silahlı hücuma məruz qalaraq həyatını itirib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə zamanı bir neçə silahlı şəxs meydançaya yaxınlaşaraq hakimi hədəf alıb və atəş açıb. Hücumdan sonra naməlum şəxslər hadisə yerindən qaçıblar. Orteqa aldığı güllə yaralarından hadisə yerindəcə dünyasını dəyişib.
Faciədən dərhal sonra qarşılaşma dayandırılıb, oyunçular və azarkeşlər ərazidən uzaqlaşdırılıb. Yarışın təşkilatçıları hadisənin bütün təfərrüatları araşdırılana qədər matçların keçirilməsini qeyri-müəyyən müddətə dayandırıblar.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Bakı 




