"Sevgisiz insan yoxdur. Sevməyi bilməyən insan barsız ağaca bənzəyər”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə tanınmış ifaçı Sahib İbrahimov "Onun sirri" verilişində bildirib. O qeyd edib ki, qəhərdən səsi də tutulub:
“Hər kəsin pünhan bir sevgisi olur. Bu, mümkündür, amma belə bir müdrik söz də var: insan arzu etdiyi kimi deyil, bacardığı kimi yaşayır. İnsan çox şey arzu edər, amma arzuladıqları ona nəsib olmaz”.
Aparıcının “Sahib müəllim, deyəsəsn ilk sevginizin oxu daşa dəyib?” sualına gəlincə, S.İbrahimov ona ifa ilə cavab verib:
“Gözlərindən bilirəm, sən Bakının maralısan. Məni belə danışdırıb, sirlərimi alırsınız, evə gedəndə nə cavab verəcəyəm?!".
Aydın
Bakı 




