• Bakı 21° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

 10 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanıldı

CƏMİYYƏT

03 Iyul 2026 | 15:28 | Müəllif: Aynur Babazadə

10 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanıldı

Bakının Nəsimi rayonunda 10 min manatlıq elektrik naqili oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nəsimi rayonunda yerləşən obyektlərin birindən 10 min manat dəyərində elektrik naqillərinin oğurlanması barədə polisə məlumat daxil olub. Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Tərlan Əhmədzadə müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı onun oğurladığı elektrik naqillərini metal qəbulu məntəqəsinə satdığı müəyyən olunub.

Araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Oktyabr 2026