"Anam rəhmətə gedəndən sonra biz bir yerdə yaşayırdıq. O, bizə görə ailə qurmadı. Atam mənim dünyam idi. Mən indi onsuz yaşamağı öyrənəcəyəm".
Bakıvaxtı.az xəbər verir ki, bunu Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində oğlu Nazim Həsənzadə deyib.
O, atası ilə bağlı danışarkən göz yaşlarını saxlaya bilməyib və onun şeirindən bir neçə bənd səsləndirib.
Sonda isə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.
Bakı 



