• Bakı 28° C

    9.68 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

AzTV-dən yeni sənədli film: “Qara kabus” - VİDEO

CƏMİYYƏT

02 Avqust 2026 | 11:07

AzTV-dən yeni sənədli film: “Qara kabus” - VİDEO

AzTV-də narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunan “Qara kabus” adlı yeni filmi yayımlanıb.

AzTV-nin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, filmdə narkotiklərin qanunsuz dövriyyəsinin yaratdığı təhlükələr, qaçaqmalçılıq marşrutları, dövlət sərhədlərində həyata keçirilən mübarizə tədbirləri, hüquq-mühafizə orqanlarının əməliyyatları, eləcə də narkomaniyanın cəmiyyət və insan taleləri üzərində ağır fəsadları geniş şəkildə işıqlandırılır.

    “Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələri narkotik qaçaqmalçılığına qarşı görülən tədbirlər, son illərdə əldə olunan nəticələr və müasir çağırışlar barədə məlumat veriblər. Filmdə həmçinin sərhəddə keçirilən əməliyyatlardan, dəniz və quru sərhədlərinin mühafizəsindən, müasir texnologiyalardan istifadə edilməklə törədilən cinayət cəhdlərindən bəhs olunur.

    “Qara kabus” yalnız təhlükənin miqyasını göstərməklə kifayətlənmir, eyni zamanda narkomaniyadan əziyyət çəkmiş insanların həyat hekayələri vasitəsilə bu bəlanın fərdlərə və ailələrə vurduğu ağır zərbəni tamaşaçıya çatdırır. Maarifləndirmənin əhəmiyyətini ön plana çıxaran film gəncləri yanlış seçimlərin acı nəticələri barədə düşünməyə çağırır”, - məlumatda qeyd olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    01 Avqust 2026