• Bakı 17° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Yük və minik avtomobilləri toqquşdu: xəsarət alan var - FOTOLAR

HADİSƏ

17 Aprel 2026 | 10:19

Yük və minik avtomobilləri toqquşdu: xəsarət alan var - FOTOLAR

Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunda yük və minik avtomobilləri toqquşub.

Bakıvaxtı.az Azərtac-a istinadən xəbər verir ki, hadisə yolun 90-cı kilometrliyində, Siyəzən rayonu ərazisində qeydə alınıb.

Quba istiqamətində hərəkətdə olan yük maşını idarəetmənin itirilməsi nəticəsində beton maneələrə çırpılaraq yolun əks tərəfinə çıxıb. Bundan sonra qarışdıdan gələn “VAZ 21015” markalı avtomobillə toqquşub.

Qəza zamanı minik avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hər iki avtomobilə və yol təsərrüfatına ziyan dəyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.


Yük və minik avtomobilləri toqquşdu: xəsarət alan var - FOTOLARYük və minik avtomobilləri toqquşdu: xəsarət alan var - FOTOLARYük və minik avtomobilləri toqquşdu: xəsarət alan var - FOTOLARYük və minik avtomobilləri toqquşdu: xəsarət alan var - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR