Göygöldə ağır qəza baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Toğanalı kəndi istiqamətində olub.
Belə ki, “VAZ 2107” markalı avtomobil digər maşınla toqquşub. Qəza zamanı Göygöl rayon sakini 1969-cu il təvəllüdlü İbad Vəliyev və daha iki nəfər xəsarət alıb. Yaralılardan adıçəkilən şəxsin vəziyyəti daha ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.
Bakı 




