• Bakı C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Yekaterinburqda Novruz coşqusu: Soydaşlarımız bir araya gəldi - FOTOLAR 

CƏMİYYƏT

22 Mart 2026 | 19:16

Yekaterinburqda Novruz coşqusu: Soydaşlarımız bir araya gəldi - FOTOLAR 

Rusiyanın Sverdlovsk vilayəti Yekaterinburq şəhərində fəaliyyət göstərən Regionlararası İctimai Təşkilat - "Azərbaycan-Ural İttifaqı" Milli-Mədəni Cəmiyyəti Novruz bayramı münasibətilə geniş və yaddaqalan tədbir təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, Yekaterinburqda yaşayan azərbaycanlıları bir araya gətirən bu tədbir həm milli birlik və həmrəylik nümayişi, həm də zəngin mədəni irsimizin təbliği baxımından xüsusi əhəmiyyət daşıyıb.

Cəmiyyətin sədri, ehtiyatda olan polkovnik Kərim Qasımov Yekaterinburdakı soydaşlarımızı Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, onlara cansağlığı, firavanlıq və uğurlar arzulayıb. Qasımov qeyd edib ki, Novruz əsrlər boyu Azərbaycan xalqının milli kimliyini, mənəvi dəyərlərini və həyat fəlsəfəsini yaşadan ən qədim bayramlardan biridir. Onun sözlərinə görə,, xaricdə yaşayan azərbaycanlılar üçün belə tədbirlər milli-mədəni bağların qorunması və gücləndirilməsi baxımından mühüm rol oynayır.

O bildirib ki, gənc nəslin milli köklərə bağlı şəkildə yetişməsi diaspor fəaliyyətinin əsas prioritetlərindən biridir: 

"Bizim əsas məqsədimiz yalnız bayram keçirmək deyil, eyni zamanda milli dəyərlərimizi, dilimizi, adət-ənənələrimizi gənc nəsilə aşılamaqdır. Novruz bu baxımdan ən gözəl fürsətlərdən biridir".

Tədbir çərçivəsində xüsusilə gənclər üçün maarifləndirici hissə təşkil olunub. Burada iştirakçılara Novruz bayramının yaranma tarixi, onun dörd çərşənbə ənənəsi, səməninin yetişdirilməsi, tonqal qalamaq, papaqatdı, qulaq falı kimi qədim adətlər haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, bu ənənələr xalqımızın təbiətə bağlılığını, yenilənmə və dirçəliş ideyasını əks etdirir.

Tədbirin bədii hissəsi də olduqca maraqlı və rəngarəng keçib. Milli musiqilər səsləndirilib, şeirlər ifa olunub, folklor nümunələri təqdim edilib. Eyni zamanda, bayram süfrəsi təşkil olunub, burada qonaqlara milli şirniyyatlar - şəkərbura, paxlava, qoğal və digər təamlar təqdim edilib.

İştirakçılar belə tədbirlərin onların milli kimliklərinin qorunmasında böyük rol oynadığını qeyd ediblər. Xüsusilə valideynlər vurğulayıblar ki, xaricdə böyüyən uşaqların öz milli dəyərlərini tanıması üçün bu cür təşəbbüslər əvəzsizdir.

Sonda "Azərbaycan-Ural İttifaqı Milli-Mədəni Cəmiyyəti"nin rəhbərliyi gələcəkdə də bu kimi tədbirlərin davam etdiriləcəyini, Yekaterinburqdakı azərbaycanlıların milli-mədəni həyatının daha da zənginləşdirilməsi istiqamətində fəaliyyətlərini genişləndirəcəklərini bildirib. Qeyd olunub ki, əsas məqsəd Azərbaycan mədəniyyətini yaşatmaqla yanaşı, onu beynəlxalq müstəvidə də layiqincə təmsil etməkdir.

Murad Məmmədli 


SON XƏBƏRLƏR

21 Mart 2026