• Bakı C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

KİV: ABŞ administrasiyası İranla sülh danışıqlarını müzakirə edir

SİYASƏT

22 Mart 2026 | 00:12

KİV: ABŞ administrasiyası İranla sülh danışıqlarını müzakirə edir

ABŞ administrasiyası İranla mümkün sülh danışıqlarına hazırlıq məsələsini müzakirə etməyə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

    Məlumata görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası müharibənin başlanmasından üç həftə sonra növbəti mərhələni və İranla mümkün danışıqların formatını müzakirə edir.

    Vaşinqtonda döyüş əməliyyatlarının daha 2–3 həftə davam edəcəyi gözlənilir, eyni zamanda diplomatik prosesə hazırlıq aparılır.

    Qeyd olunur ki, Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Cared Kuşner bu müzakirələrdə iştirak edir.

    ABŞ və İran arasında birbaşa təmaslar olmasa da, Misir, Qətər və Böyük Britaniya vasitəçi rolunda çıxış edərək tərəflər arasında mesajlar ötürür.

    Mənbələrin məlumatına görə, İran danışıqlara maraq göstərir, lakin sərt şərtlər irəli sürür. Bu şərtlərə atəşkəs, müharibənin yenidən başlamayacağına zəmanət və kompensasiya daxildir.

    "Axios" yazır ki, ABŞ tərəfi mümkün razılaşma çərçivəsində Hörmüz boğazının açılmasını, İranın raket proqramını 5 il müddətinə dayandırmasını, uranın zənginləşdirilməsini dayandırmasını və Natanz, İsfahan və Fordo obyektlərində reaktorların fəaliyyətinin dayandırılmasını tələb edir.

    Bundan əlavə, Vaşinqton İranın nüvə proqramına nəzarətin gücləndirilməsini, region ölkələri arasında silahlara nəzarət razılaşmalarının əldə olunmasını və raket sayının məhdudlaşdırılmasını istəyir.

    Həmçinin ABŞ İranın “Hizbullah”, husilər və HAMAS kimi qruplaşmalara dəstəyini dayandırmasını tələb edir.


    SON XƏBƏRLƏR

    21 Mart 2026