• Bakı C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Netanyahu İranın vurduğu Arad və Dimonada - Fotolar

SİYASƏT

22 Mart 2026 | 21:10

Netanyahu İranın vurduğu Arad və Dimonada - Fotolar

İsrailin Baş naziri Benyamin Netanyahu İranın raket zərbələri endirdiyi Arad və Dimona şəhərlərində olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hökumət başçısı “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Bu gün Arad və Dimonada oldum - dəymiş zərəri bərpa edəcəyik və yenidən quracağıq, həm də geniş miqyasda. İsrail vətəndaşlarından xahiş edirəm: Arxa Cəbhə Komandanlığının göstərişlərinə əməl edin və xəbərdarlıq zamanı sığınacaqlarda gizlənin”, - Netanyahu yazıb. 

Xatırladaq ki, İranın İsrailin cənubunda yerləşən Arad və Dimona şəhərlərinə endirdiyi raket zərbələri nəticəsində mülki əhali arasında çoxsaylı itki və dağıntılar qeydə alınıb.


SON XƏBƏRLƏR