• Bakı 11° C

    4.86 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Həmin raketlər Londona da çata bilər

DÜNYA

22 Mart 2026 | 15:53

Həmin raketlər Londona da çata bilər

İranın raket arsenalının mənzilinin Londonu hədəf ala biləcək səviyyəyə çatması Britaniya mətbuatında ciddi rezonans doğurub.

“Qafqazinfo” Britaniyanın “The Telegraph” qəzetinə istinadən xəbər verir ki, mütəxəssislər ölkənin hava məkanının İranın yeni nəsil raketləri qarşısında, demək olar ki, müdafiəsiz olduğunu bildirirlər.

Qəzet vurğulayır ki, Tehrandan atılan raketlər trayektoriyasını dəyişərsə, London birbaşa zərbə zonasına düşə bilər.

Qeyd edək ki, sözügedən narahatlıq martın 21-də İranın Hind okeanındakı Dieqo Qarsiya bazasına (Britaniya-Amerika birgə hərbi bazası) iki ballistik raket atmasından sonra daha da kəskinləşib.

Xatırladaq ki, Dieqo Qarsiya bazasına atılan raketlərdən biri havada nasazlıq səbəbindən sıradan çıxıb, digəri isə ABŞ hərbi gəmisi tərəfindən zərərsizləşdirilib. Buna baxmayaraq, Tehranın belə uzaq məsafəyə raket ata bilməsi bütün Avropa paytaxtlarını faktiki olaraq risk zonasına daxil edib./Qafqazinfo


SON XƏBƏRLƏR

21 Mart 2026