Türkiyənin Milli Müdafiə Nazirliyi Qətərdə baş verən helikopter qəzası ilə bağlı məlumatı təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, Qətər-Türkiyə Birgə Qüvvələr Komandanlığı çərçivəsində təlim uçuşu həyata keçirən Qətər Silahlı Qüvvələrinə məxsus helikopter martın 21-i axşam saatlarında texniki nasazlıq səbəbindən dənizə düşüb. Faciəvi qəza nəticəsində ümumilikdə 7 nəfər həlak olub.
Nazirliyin məlumatına görə, şəhid olanlar arasında Türkiyə Silahlı Qüvvələrinin 1 hərbi qulluqçusu, ASELSAN şirkətinin 2 texniki əməkdaşı və Qətər Silahlı Qüvvələrinin 4 əməkdaşı yer alır.
Bakı 




