Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla danışıqlar apardığını, Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə etdiklərini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, kansler bu barədə Feysbuk səhifəsində yazıb.
"Bu gün ABŞ Prezidenti Donald Trampla İran, İsrail və Ukraynadakı vəziyyəti müzakirə etdim. Sıx əlaqə saxlamaq barədə razılığa gəldik. Fikir mübadiləsimiz tezliklə davam edəcək", - deyə o bildirib.
Bakı 




