• Bakı 13° C

    4.47 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Tıxanmış ürək damarları üçün - 3 güclü resept

CƏMİYYƏT

22 Mart 2026 | 09:17

Tıxanmış ürək damarları üçün - 3 güclü resept

Ürək damarlarının daralması və ya tıxanması (ateroskleroz) müasir dövrdə ən geniş yayılmış problemlərdən biridir. Bu vəziyyət qanda xolesterinin yüksəlməsi və damar divarlarında yığılması nəticəsində yaranır.

Bakıvaxtı.az Medicina.az-a istinadən xəbər verir ki, təbii bitkilər və məcunlar damar sağlamlığını dəstəkləyə bilər, lakin əsas müalicəni əvəz etmir.

Damar tıxanması niyə yaranır?

- Yüksək xolesterin

- Şəkərli diabet

- Siqaret

- Hərəkətsizlik

- Stress və sinir gərginliyi

1. Sarımsaq + limon məcunu (klassik damar təmizləyici)

Faydaları:

- Xolesterini azaltmağa kömək edir;

- Qanı durulaşdırır;

- Damar elastikliyini artırır.

Hazırlanması:

- 5 diş sarımsaq;

- 2 ədəd limon (qabığı ilə);

- 1 stəkan ilıq su;

Hamısını blenderdən keçir, şüşə qabda saxla.

İstifadə:

Gündə 1 xörək qaşığı, səhər acqarına;

2. Bal + zəncəfil + darçın məcunu

Faydaları:

- Qan dövranını yaxşılaşdırır;

- İltihabı azaldır;

- Damarları qoruyur;

Hazırlanması:

- 2 x.q bal

- 1 ç.q zəncəfil tozu

- Yarım ç.q darçın

Qarışdır və hazırdır. Gündə 1 dəfə yeməkdən sonra istifadə edin.

3. Qoz + bal + kətan toxumu məcunu

Faydaları:

- Omeqa-3 ilə zəngindir;

- “Pis xolesterini” azaldır;

- Ürəyi gücləndirir;

Hazırlanması:

- 5-6 ədəd qoz;

- 1 x.q bal;

- 1 ç.q üyüdülmüş kətan toxumu;

Səhər və ya günorta 1 qaşıq istifadə edin.

Qan durulaşdırıcı dərman qəbul edənlər (məsələn aspirin) bu məcunları həkimlə məsləhətləşmədən istifadə etməməlidirlər.


SON XƏBƏRLƏR

21 Mart 2026