• Bakı 13° C

    4.47 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Qazaxda ağsaqqallar işə qarışdı: Novruzun bu adəti ləğv edildi

CƏMİYYƏT

22 Mart 2026 | 09:44

Qazaxda ağsaqqallar işə qarışdı: Novruzun bu adəti ləğv edildi

Hər il Novruz bayramı ərəfəsində bütün media vasitələrində bu bayramın elementləri, nəsnələri barədə ciddi müzakirələr açılır.

Bakıvaxtı.az xəbər verir ki, bütün komponentlərin necə formalaşamasında dair fəlsəfi, tarixi mülahizələr irəli sürülür. Novruz ənənələrinin bəzi elementləri təqdir, bəziləri isə tənqid olunur.

Ölkəmizin hər bir bölgəsində olduğu kimi, Azərbaycan tarixinə çoxsayl görkəmli ziyalılar bəxş etmiş, qədim türk ənənələrini günümüzədək qoruyub saxlayan Qazax rayonunda da Novruz adət-ənənələri məxsusi qeyd olunur. Bu ənənələr rayonun Yuxarı Salahlı kəndində xüsusi ab-havada həyata keçirilir. Evlərin bütün qapıları açılır, gecə səhərə qədər qapılar açıq qalır, yoldan ötən, Kosa, Keçəl kim istəsə  həyətə daxil olub, yeyib-içir, deyib-gülür, oynayır. Saz və qara zurna ifaçıları qapı-qapı dolaşır, hər kəsin bayramını təbrik edib, xoş ovqat yaradır. Hətta bu ənənələrin canlı şahidi olmaq üçün digər rayonlardan da qonaqlar təşrif buyururlar.

Bu, məsələnin maraqlı, xoşagələn tərəfidir. Bununla yanaşı, bu elementlər içərisində tənqid olunanı da var. Bu da kişilərin qadın paltarı geyinib rəqs etməsidir. Qazaxlı ziyalılar bildirirlər ki, bu komponentin maraqlı yaranma tarixçəsi var. Belə ki, bayram günü istədiyi qızın evinə girmək istəyən oğlan tanınmaması üçün qadın qiyafəsinə bürünərmiş...

Sözügedən element ölkədə ciddi qınaq obyektinə çevrildiyindən Qazaxda ağsaqqal və ziyalıların tövsiyəsi ilə Novruz komponentləri sırasında kişilərin qadın qiyafəsinə bürünüb, rəqs etmələri aradan götürülüb ki, bu da xoş ovqat bağışlayır.   

Aydın Baxış


SON XƏBƏRLƏR

21 Mart 2026