• Bakı 11° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Ərdoğandan türk ölkələrinə TƏBRİK MESAJI

DÜNYA

21 Mart 2026 | 15:36

Ərdoğandan türk ölkələrinə TƏBRİK MESAJI

Türkiyə Prezidenti Rəcəb Rayyib Ərdoğan türk ölkələrini Novruz bayramı münasibətilə təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Ərdoğan Novruzun gəlişi ilə regional müharibələrin bitməsi və bütün dünyada sülhün bərqərar olmasını arzuladığını bildirib:

“Bu münasibətlə vətəndaşlarımızla birlikdə Azərbaycandan Qazaxıstana, Qırğızıstandan Özbəkistana, Türkmənistandan Şimali Kipr Türk Respublikasına və Macarıstana qədər bütün dostlarımızı, bundan başqa, Suriya, İraq və hazırda müharibənin yaratdığı problemlərlə mübarizə aparan iranlı qardaş-bacılarımızı da Novruz bayramı münasibətilə ürəkdən təbrik edirik”.


SON XƏBƏRLƏR

20 Mart 2026