• Bakı 12° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Məşhur aktyor vəfat etdi

ŞOU

21 Mart 2026 | 12:56

Məşhur aktyor vəfat etdi

"Buffy the Vampire Slayer" televiziya serialının aktyoru, "Ksander Harris" rolu ilə tanınan ABŞ-li aktyor Nikolas Brendon 54 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat verib.

"Qardaşımız və oğlumuz Nikolas Brendonun ölümünü kədərlə elan edirik", - deyə "X"dəki paylaşımda qeyd olunub.

Aktyorun ailəsi əlavə edib ki, o, təbii səbəblərdən yuxuda vəfat edib. Brendon ömrünün son illərində fəal şəkildə rəssamlıqla məşğul olub.

Qeyd edək ki, Nikolas Brendon 1971-ci ildə Kaliforniyada anadan olub. 1997-ci ildə məşhur "Buffy the Vampire Slayer" serialında "Ksander Harris" rolunu canlandırıb. Aktyor, həmçinin "Criminal Minds", "Chicken Confidential", "Private Practice" və "Faking It" televiziya seriallarında da rol alıb./Oxu.az


SON XƏBƏRLƏR

20 Mart 2026