• Bakı 13° C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Vətəndaşlar bölgələrə axın edir - Rekord göstəricilər

CƏMİYYƏT

22 Mart 2026 | 11:17

Vətəndaşlar bölgələrə axın edir - Rekord göstəricilər

Novruz və Ramazan bayramları ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimində çalışır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bakıvaxtı.az-a bildirilib ki, martın 19-21-də Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 1080 reys həyata keçirilib, 38 min 613 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu, son illərin rekord göstəricisidir.

Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 400-dən çox reys həyata keçirilib.

Sərnişinlərin 60 faizi biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb.

Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.


SON XƏBƏRLƏR

21 Mart 2026