• Bakı C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Floridada ABŞ və Ukrayna nümayəndə heyətləri arasında görüş keçirilib

SİYASƏT

22 Mart 2026 | 00:44

Floridada ABŞ və Ukrayna nümayəndə heyətləri arasında görüş keçirilib

Floridada ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti raundu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff "X" sosial şəbəkəsində məlumat yayıb.

"Bu gün Floridada davam edən vasitəçilik səyləri çərçivəsində konstruktiv görüşlər keçirilib. Danışıqlar hərtərəfli sülh sazişinin bağlanmasına yaxınlaşmaq məqsədilə həll olunmamış məsələlərin nizamlanmasına yönəlib", - o qeyd edib.

Uitkoffun sözlərinə görə, nümayəndə heyətinə ondan başqa prezidentin kürəkəni Cared Kuşner, Ağ Evin baş məsləhətçisi Coş Qruenbaum, həmçinin ABŞ Dövlət Departamentinin baş siyasi məsləhətçisi Kris Karran daxil olub.

"Biz həll olunmamış məsələlərin həlli məqsədilə qarşılıqlı fəaliyyətin davam etdirilməsini alqışlayırıq", - Uitkoff əlavə edib.

Daha əvvəl Mayamidə planlaşdırılan danışıqlar barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat vermişdi.


SON XƏBƏRLƏR

21 Mart 2026