• Bakı 10° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Türkiyədə Novruz şənliyində 8 nəfər saxlanıldı

CƏMİYYƏT

21 Mart 2026 | 20:30

Türkiyədə Novruz şənliyində 8 nəfər saxlanıldı

Türkiyənin Kocaeli şəhərinin Darıca rayonunda Novruz şənlikləri zamanı bir qrupla rəsmilər arasında mübahisə yaranıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

Polis müdaxilə edib və qrupdan 8 nəfər saxlanılıb. 

Novruz şənlikləri günorta saatlarında Darıca Millət Bahçesində keçirilib. Bəzi iştirakçılar rəsmilərlə mübahisəyə başlayıblar. Mübahisə qarşıdurmaya çevrilib, polis qrupu dağıtmaq üçün bibər qazından istifadə edib. (Unikal)


SON XƏBƏRLƏR

20 Mart 2026