Ufada neft emalı zavodunun yaxınlığında dronlar vurulub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Başqırdıstan rəhbəri Radiy Xabirov məlumat yayıb.
O bildirib ki, iki dron tikilməkdə olan binaya dəyib və iki nəfər yaralanıb.
"Başqırdıstana daha bir dron hücumu. Ufanın neft emalı zavodlarının yaxınlığında dronlar vurulub. Onlardan ikisi Zaton məhəlləsində tikilməkdə olan binaya düşüb. Nəticədə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğını tez bir zamanda söndürüblər", - Xabirov qeyd edib.
Bakı 




