q
  • Bakı 11° C

    12.12 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Radevin partiyası seçkilərdə liderdir

DÜNYA

20 Aprel 2026 | 10:04

Radevin partiyası seçkilərdə liderdir

Bolqarıstanın sabiq prezidenti Rumen Radevin "Proqressiv Bolqarıstan" partiyası bülletenlərin 78,24 %-nin nəticələrinə əsasən seçicilərin 44,881 % səsini qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bolqarıstanın xəbər agentlikləri Mərkəzi Seçki Komissiyasına (MSK) istinadən məlumat yayıb.

Beləliklə, ilkin nəticələrə əsasən, Rumen Radevin partiyası parlament seçkilərində səs çoxluğu ilə liderlik edir.

"Proqressiv Bolqarıstan" 13,651 % səs toplamış "Dəyişikliklərə davam edirik - Demokratik Bolqarıstan" koalisiya partiyasını, eləcə də keçmiş baş nazir Boyko Borisovun başçılıq etdiyi GERB partiyasını (13,184 %) xeyli qabaqlayır.

Seçki Məcəlləsinə əsasən, MSK toplanmış səslər və mandatların partiyalar və koalisiyalar arasında bölüşdürülməsi barədə seçki günündən ən geci dörd gün sonra, seçilmiş parlament üzvlərinin adlarını isə seçki günündən ən geci yeddi gün sonra elan etməlidir.

Xatırladaq ki, aprelin 19-da Bolqarıstanda 2021-ci ildən bəri səkkizinci parlament seçkiləri keçirilib.


SON XƏBƏRLƏR

19 Aprel 2026