• Bakı 12° C

    4.86 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Sabahın hava proqnozu açıqlandı

CƏMİYYƏT

22 Mart 2026 | 12:24

Sabahın hava proqnozu açıqlandı

Martın 23-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət 75-85% təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13°, bəzi yerlərdə 16° isti olacaq.


SON XƏBƏRLƏR

21 Mart 2026