ABŞ Ukraynaya Rusiyaya dair kəşfiyyat məlumatları verməyi dayandırsa, Kreml də Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinin dəqiq yerləri ilə bağlı informasiyaları İrana ötürməyi dayandıracaq.
Bakıvaxtı.az bildirir ki, bu barədə "Politiko"ya gizli mənbələr məlumat verib.
Nəşr qeyd edib ki, həmin təklif keçən həftə Mayamidə keçirilən görüşdə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev tərəfindən ABŞ administrasiyasının nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerə çatdırılıb.
Məlumata görə, ABŞ isə irəli sürülən fikri rədd edib.
Buna baxmayaraq, belə bir təklifin mövcudluğu Avropa diplomatları arasında narahatlıq yaradıb. Onlar kritik bir dövrdə Moskvanın Avropa və ABŞ arasında münaqişə yaratmağa çalışmasından qorxurlar.
Hətta Avropa Birliyinin bir diplomatı Rusiyanın təklifini skandal xarakterli adlandırıb. Onun fikrincə, bu təklif Avropada belə bir şübhə yaradır ki, Uitkoff-Dmitriyev görüşləri Ukraynada sülh üçün heç bir real nəticə vermir və Moskva bu təklifi edərək ABŞ-ı Avropanı kənarda qoyan bir razılaşmaya cəlb etməyə çalışır./Axar.az
Bakı 




