• Bakı 12° C

    4.86 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

İstanbulda bina ÇÖKDÜ - YENİLƏNİB - VİDEO

DÜNYA

22 Mart 2026 | 16:08

İstanbulda bina ÇÖKDÜ - YENİLƏNİB - VİDEO

İstanbul valisi Davut Gül İstanbulda iki binanın çökməsi ilə bağlı açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, vali ilkin mərhələdə hadisənin təbii qazdan qaynaqlandığının ehtimal edildiyini bildirib.

O qeyd edon ki, partlayış nəticəsində yanaşı yerləşən - biri iki mərtəbəli, digəri birmərtəbəli iki evdə çökmə meydana gəlib:

"İlkin müəyyənləşdirməyə görə, uçqun altında ümumilikdə 9 nəfər qalıb. Rayon rəhbərimizin koordinasiyası və aidiyyəti qurumların əməkdaşlığı ilə xilasetmə işlərinə başlanılıb. İndiyə qədər 7 nəfər xəstəxanaya göndərilib. Bir nəfər dağıntılar altında tapılıb və onun az sonra çıxarılması gözlənilir. Digər vətəndaşımızın da tapılması və xilas edilməsi üçün işlər davam edir”.

Vali bütün bunların ilkin məlumat olduğunu, yenilənəcəyi təqdirdə ictimaiyyətin məlumatlandırılacağını deyib. O, axtarış-xilasetmə işlərinin çətin şəraitdə və dar bir ərazidə davam etdiyini, bu səbəbdən əraziyə yaxın gedilməsinə icazə verilmədiyini bildirib.

***

15:01

Türkiyənin İstanbul şəhərində çökən binaların sayı 3-ə çatıb. İlkin məlumata görə beş nəfər dağıntılar altında qalıb, onlardan dördü xilas edilərək xəstəxanaya aparılıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Fatih rayonunda baş verib.

İstanbul Valiliyindən verilən məlumata görə, hadisənin yerli vaxtla saat 12:00 radələrində binalardan birində təbii qaz səbəbindən baş verən partlayış nəticəsində meydana gəldiyi ehtimal edilir.

Hazırda bölgədəki ətraf binalarda sakinlər təxliyə edilir.  Axtarış-xilasetmə işləri davam edir.

***

14:00

Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda bina çöküb.

Bakıvaxtı.az xəbər verir ki, hazırda dağıntılar altında axtarış-xilasetmə işləri davam etdirilir.

Bir nəfər yaralı xilas edilib.


SON XƏBƏRLƏR

21 Mart 2026