• Bakı 18° C

    2 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Xaçmazda 23 yaşlı gənc süni göldə boğuldu - YENİLƏNİB

HADİSƏ

12 Fevral 2024 | 20:48 | Müəllif: Subhan Mahmudov

Xaçmazda 23 yaşlı gənc süni göldə boğuldu - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Ağaverdioba kəndində süni suvarma gölündə suyun üzündə naməlum kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

*** 19:16

Xaçmaz sakini göldə boğularaq ölüb.

Bakıvaxtı.az-ın məlumatına görə, rayon sakini, 2001-ci il təvəllüdlü Əliyev Fərid Rövşən oğlu rayonun Ağaverdi-oba kəndi ərazisində işlədiyi bağda gölə düşməsi nəticəsində boğulub.

Onun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR