Siciliyanın Kaltanissetta əyalətində antimafiya müstəntiqləri tərəfindən aparılan əməliyyat zamanı onlarla insan həbs edilib.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyatda 500-ə yaxın zabit iştirak edib.
Şübhəlilər mafioz birlik, hədə-qorxu ilə pul tələb etmə və narkotik vasitələrin qanunsuz dövriyyəsi, müharibə silahları və partlayıcı maddələrin saxlanması cinayətlərində ittiham olunurlar.
Saxlanılan şəxslərlə bağlı araşdırmalar davam etdirilir.
Günəş Mərd


jpg-1710330642.jpg)













