Yaxın Şərqdə davamlı sülhün bərqərar olması beynəlxalq ictimaiyyətin İsrailin bölgədəki hərəkətlərinə "yox" deməsini tələb edir.
Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat deyib.
O, yəhudi dövlətinin bölgədəki hərəkətlərini ədalətsiz adlandırıb.
"Əgər ABŞ atəşkəsdən sonra elan etdiyi kimi, Tramp Yaxın Şərqdə davamlı bir sülh istəyirsə, kimsə İsrailə "yox" deməlidir. Beynəlxalq ictimaiyyət indi ayağa qalxmalı və İsrailin bölgədəki ədalətsiz hərəkətlərinə "yox" deməlidir", - deyə Bolat qeyd edib.
Gülşən Şərif
Bakı 




