Muğam ifaçısı Sədəf Budaqova ilə bağlı maraqlı məqam üzə çıxıb. Sənətçiyə elçi düşənlərin ünvanı isə gözlənilməz olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə əməkdar artist Yusif Mustafayev özü açıqlama verib.
O bildirib ki, Sədəflə münasibətləri uzun illərə dayanır:
"Sədəflə ata-bala kimiyik. Yeniyetmə vaxtları yanımda keçib. Atası da əzizimdir, gözəl insandır. Onu mənə etibar edirdi, özü gətirib təhvil verirdi, sonra da gəlib aparırdı. Tək harasa çıxmasına icazə verməzdi. Tərbiyəsi, əxlaqı yerində olan qızımızdır".
Müğənni qeyd edib ki, Budaqovaya görə ona müxtəlif yerlərdən elçilər müraciət edir:
"Sədəfə görə mənə elə yerlərdən zəng edirlər ki... Deyirəm onun atası var. Deyirlər ki, biz utanırıq, siz vasitəçilik edin, ağsaqqallıq edin. Sədəfin özünə bu barədə demişəm. Dedi ki, hələ planlarım var, ailə qurmaq istəmirəm".
Gənc ifaçının bu qərarı sosial şəbəkələrdə də müzakirələrə səbəb olub./Milli.Az
Bakı 




