İran polisi Sistan və Bəlucistan əyalətinin Dəştyari rayonunun Seyyid Həmzə kəndi yaxınlığında minik avtomobilinə atəş açıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran İnsan haqları Təşkilatı məlumat yayıb.
Məlumata görə, xəbərdarlıq edilmədən açılan atəş nəticəsində 24 yaşlı Bilal Hut, 27 yaşlı Əbubəkr Pirastə və 29 yaşlı Sənaullah Pirastə yerindəcə həlak olub.
Rəsmi dövlət qurumları məsələ ilə bağlı heç bir açıqlama verməyiblər.
Bakı 




